Ötən il ombudsmanın Çağrı Mərkəzinə daxil olan zənglərin sayı açıqlanıb
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 7/24 fasiləsiz xidmət göstərən "916" Çağrı Mərkəzinə 2024-cü ildə 11 min 8 zəng daxil olub. Həmin müraciətlər əsasında aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxil olan məsələlər diaqram formatında əks etdirilib.
Ombudsman Aparatından verilən məlumata görə, müraciətlərin ehtimal olunan hüquq pozuntuları və məzmun üzrə statistikası ardıcıllıqla belədir: “İlk 10-luqda yer alan məsələlər - ünvanlı dövlət sosial yardımı üzrə 1225, kommunal problemlər üzrə 921, əlilliyin müəyyən edilməsi üzrə 602, qeyri-obyektiv təhqiqat/istintaq üzrə 600, müayinə və müalicə üzrə 599, müraciətin qeydə alınmaması üzrə 585, məhkəmə qərarının icra olunmaması üzrə 530, məşğulluq üzrə 519, dövlət yol polisinin fəaliyyəti üzrə 485, təhsil məsələləri üzrə 394 müraciət edilib”.
Siyahının digər hissəsi təqdim olunmuş şəkillərdə qeyd edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:01