mobil versiya

Suriyada AB rəsmisi 235 milyon avroluq yardım paketini açıqlayıb





Aİ-nin böhranla mübarizə üzrə rəhbəri Hadja Lahbib müharibədən əziyyət çəkən ölkəyə səfəri zamanı Suriya və qonşu ölkələrə 235 milyon avroluq yardım paketi açıqlayıb.

Reportyor.az xəbər verir ki, bunu Lahbib Suriyanın yeni lideri Əhməd əl-Şara ilə görüşdən sonra Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən bura Suriya və qonşu ölkələrə 235 milyon avroluq (təxminən 242 milyon dollar) humanitar yardım paketini elan etmək üçün gəlmişəm. Bu, Avropa Birliyinin xalqın yanında olmaq öhdəliyini göstərir”.


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:23