Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:58