mobil versiya

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb




Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq  kəndində yerləşən kafedə Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.   
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi -AQTA-dan bildirilib.  Baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələblərin ciddi şəkildə pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 27-01-2025, 14:41