mobil versiya

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb



Yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reportyor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun yaydığı məlumatda deyilir.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.


KARUSEL / HADİSƏ
Tarix: Dünən, 16:12