Şadlıq sarayında nöqsanlar aşkarlanıb
Gəncə şəhəri, Nizami küçəsi 190 ünvanında fəaliyyət göstərən, Ələkbərov Elvin Elçin oğluna məxsus “Ulduzlu Gecə” şadlıq sarayında Agentliyin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Şadlıq sarayında qida təhlükəsizliyi tələblərinin pozulduğu, mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı qərar tətbiq edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 13:56