mobil versiya

Son 20 ildə 727 körpü və yol ötürücüsü, 73 tunel və 163 piyada keçidi inşa edilib



Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.  
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstü piyada keçidi  və 45 tunel inşa edilmişdir. 

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

2020-2024 cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.  
                              
İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9581,6 m 447 körpü və ümumi uzunluğu 3871 m olan 16 viaduk inşa edilir. 

İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.  
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 15:18