Orban: Rusiya qazının Ukraynadan keçməsinə icazə verməmək yolverilməzdir
Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayandırılması və istifadəçilər alternativ tədarük axtardıqları üçün xərclərin artması qəbuledilməzdir.
Reportyor.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban dövlət radiosuna bildirib.
“Ukraynanın Rusiya qazını Mərkəzi Avropaya çatdırmaq üçün öz ərazisindən buraxmaq istəməməsi və bununla da qazın qiymətini qaldırması... bu, qəbuledilməzdir”, - deyə o bildirib.
Macarıstan özünün enerji təhlükəsizliyi ilə bağlı Aİ-dən zəmanət istəyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:16