mobil versiya

Orban Kiyevə gəlib


Macarıstanın baş naziri Viktor Orban Kiyevdədir.
Bu barədə Macarıstan hökumətinin mətbuat katibi Bertalan Havaşi məlumat yayıb.
Onun sözlərinə görə, Orban Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar üçün Kiyevə səfər edib.
"Görüşün əsas mövzusu sülh əldə etmək imkanıdır", - o deyib.
Havaşi bildirib ki, Orban və Zelenski həmçinin Macarıstan-Ukrayna ikitərəfli münasibətlərinin hazırki məsələlərini müzakirə edəcəklər.

KARUSEL / DÜNYA
Tarix: 2-07-2024, 11:39