mobil versiya

ABŞ və Oman diplomatları telefon danışığında Qəzzəni müzakirə edib




ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tammy Bruce verdiyi açıqlamada deyilir.

"Onlar regionun vəziyyətini, o cümlədən Qəzzada atəşkəs razılaşmasını, bütün girovların azad edilməsinin vacibliyini, Qəzzaya yardım axınının davam etdirilməsi üçün səyləri, Suriyanın siyasi gələcəyini və Livanda hərbi əməliyyatların dayandırılmasını müzakirə ediblər".
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:39