mobil versiya

Metroda yeni doğulmuş körpə 25 il xüsusi sərnişin olacaq




Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək.

Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 8-08-2025, 13:17