mobil versiya

Zaur İbrahimli: “Türk dövlətlərinin gələcəyi vahid iqtisadi, mədəni və geosiyasi əməkdaşlıqdan keçir”


“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edib.

Zaur İbrahimli bildirib ki, CASCFEN-in həyata keçirdiyi layihələr Türk dünyasının gələcəyi üçün ortaq baxışın formalaşmasına mühüm töhfə verir:
“Bu layihələr sabaha, gələcəyə etibarlı addımlar atmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. QHT-lərin təşəbbüsləri yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də strateji əhəmiyyət daşıyır.”
O qeyd edib ki, Türk dünyasının gələcək inkişafı dörd əsas istiqamətdə həyata keçirilə bilər:
  • Vahid geosiyasi məkanın möhkəmləndirilməsi;
  • Ortaq iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi;
  • Mədəni inteqrasiyanın daha da genişləndirilməsi;
  • Təhsil proqramları və gənclərlə iş sahəsində inteqrasiyanın gücləndirilməsi.
Zaur İbrahimlinin sözlərinə görə, artıq məktəb illərindən başlayaraq gənclərə Türk dünyasının ortaq dəyərlərinin aşılanması vacibdir. Bu baxımdan xüsusi təhsil proqramlarının hazırlanması zəruridir:
"Zəngəzur dəhlizinin açılmasının Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi və coğrafi baxımdan birliyin təmin olunması baxımından mühüm rol oynayır. Şuşa Bəyannaməsi Türk dövlətlərinin strateji əməkdaşlığının əsas sənədlərindən biridir və qarşıdakı mərhələdə bu əməkdaşlığın daha da genişlənərək bütün türk dövlətlərini əhatə etməsi gözlənilir.”
Çıxışının sonunda Zaur İbrahimli qeyd edib ki, qeyri-hökumət təşkilatlarının təşəbbüsləri dövlətlərarası əməkdaşlığa əlavə dəstək verir və Türk dünyasının inteqrasiyasına töhfə kimi qiymətləndirilməlidir. (QHT.az)
 

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:07