mobil versiya

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 628 mln. manat olub




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat təşkil edib.


Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 mln. manat artaraq 4 mlrd. 663 mln. manat olub.


Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 628 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çoxdur.


Reportyor.az



KARUSEL / SOSİAL
Tarix: 8-10-2025, 11:24