Mali Polisario separatçılarına tanınmanı geri çǝkir vǝ Mǝrakeşin Sahara üzrǝ muxtariyyǝt tǝşǝbbüsünü dǝstǝklǝyir

Mali hökumǝti bu gün Mǝrakeş Sahara mǝsǝlǝsinǝ dair mövqeyindǝ mühüm dǝyişiklik olduğunu elan edǝrǝk, qondarma “Sahara Ərǝb Demokratik Respublikası” na (SADR) tanınmanın geri çǝkildiyini bǝyan edib.
Bu barədə Mərakeş Krallığının yerli mediası xəbər verir.
Bu qǝrar regional sabitlik vǝ münaqişǝyǝ dair
beynǝlxalq yanaşma baxımından mühüm diplomatik inkişaf kimi qiymǝtlǝndirilir.
Bǝyanat Mali Respublikasının Xarici İşlǝr vǝ Beynǝlxalq Əmǝkdaşlıq naziri Abdoulaye Diop tǝrǝfindǝn, Bamakoda Mǝrakeşli hǝmkarı ilǝ aparılan danışıqlardan sonra rǝsmi şǝkildǝ tǝqdim edilib. Mǝlumatda qeyd olunur ki, bu qǝrar “subregional sülh vǝ tǝhlükǝsizliyǝ tǝsir edǝn bu
mühüm mǝsǝlǝnin hǝrtǝrǝfli tǝhlilindǝn sonra” qǝbul olunub.

Mali, mövqedǝki bu dǝyişiklik barǝdǝ üzv olduğu regional vǝ beynǝlxalq tǝşkilatları, elǝcǝ dǝ Bamakoda akkreditǝ olunmuş diplomatik korpusu mǝlumatlandıracağını təsdiqləyib.
Bǝyanat, Mǝrakeşin Xarici İşlǝr, Afrika Əmǝkdaşlığı vǝ Mǝrakeş Xaricindǝ Yaşayan Vǝtǝndaşlar naziri Nasser Bourita-nın Maliyǝ rǝsmi sǝfǝri ilǝ eyni vaxta tǝsadüf edib. Sǝfǝr Kral VI Mǝhǝmmǝdin yüksǝk göstǝrişlǝri çǝrçivǝsindǝ hǝyata keçirilmişdir. Bu addım Bamako vǝ Rabat arasında ikitǝrǝfli münasibǝtlǝrin möhkǝmlǝnmǝsini vǝ siyasi yaxınlaşmanın artmasını ǝks etdirir. Mali bǝyanatında Mǝrakeşin Sahara üzrǝ muxtariyyǝt tǝklifinǝ açıq dǝstǝyini ifadǝ edǝrǝk, onu
münaqişǝnin hǝlli üçün “yeganǝ ciddi vǝ etibarlı ǝsas” kimi xarakterizǝ etmişdir. Bamako vurğulayıb ki, Mǝrakeş suverenliyi çǝrçivǝsindǝ real muxtariyyǝt bu uzunmüddǝtli regional mǝsǝlǝnin “ǝn realistik hǝlli” dir.
Mali hǝmçinin, BMT-nin sǝylǝrinǝ vǝ Baş Katibin Şǝxsi Elçisinin fǝaliyyǝtinǝ, elǝcǝ dǝ BMT Tǝhlükǝsizlik Şurasının 31 oktyabr 2025-ci il tarixindǝ qǝbul edilmiş 2797 saylı qǝtnamǝsi daxil olmaqla, müvafiq qǝrarlarına dǝstǝyini bir daha təsdiqləyib.
Bu mövqe Bamakonun BMT çǝrçivǝsindǝ siyasi hǝllǝ sadiqliyini vurğulayır vǝ Mǝrakeşin muxtariyyǝt tǝşǝbbüsü ǝtrafında artan beynǝlxalq dǝstǝyi göstǝrir.
Mali qǝrarı, SADR-in tanınmasını geri çǝkǝn vǝ Mǝrakeşin muxtariyyǝt planını dǝstǝklǝyǝn dövlǝtlǝrin sayının artdığı beynǝlxalq tendensiyanın bir hissǝsidir. Bu addım Afrikada vǝ onun hüdudlarından kǝnarda diplomatik dinamikaları güclǝndirǝrǝk, Sahara mǝsǝlǝsi ǝtrafında beynǝlxalq mǝnzǝrǝni daha da formalaşdıracağı gözlǝnilir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 10-04-2026, 18:43



























