19 yaşlı hücumçuya 70 milyon avro qiymət qoyulub

Klub 19 yaşlı futbolçunu yalnız 70 milyon avro dəyərində təklif olacağı halda buraxmağa hazırdır.
Krupini xüsusilə, “Mançester Yunayted” heyətində görmək istəyir. Onun adı bundan əvvəl “Liverpul”, “Arsenal” və “Çelsi” kimi klublarla da əlaqələndirilmişdi.
Fransalı forvard cari mövsümdə 30 oyunda meydana çıxaraq 10 qol vurub. Onun “Bornmut”la müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir.
Krupi İngiltərə Premyer Liqasında debüt mövsümündə 10 və daha çox qol vuran ilk yeniyetmə futbolçu olub. Bundan əvvəl bu uğura sonuncu dəfə Robbi Kin 1999/2000 mövsümündə, “Koventri”nin heyətində imza atmışdı. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 21-04-2026, 16:46



























