mobil versiya

Azərbaycanın dövlət borcu nə qədərdir



2026-cı ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 10 milyard dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.


Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-04-2026, 15:25