mobil versiya

DÇ-2026: Final oyununda bu ulduzlar çıxış edəcək




Futbol üzrə dünya çempionatının final oyununun fasiləsində çıxış edəcək ulduz qonaqlar bəlli olub.

Dünyaşöhrətli müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu mundialın həlledici matçında səhnəyə çıxacaqlar.

Dünya çempionatları tarixində ilk dəfə təşkil olunacaq şounun əsas məqsədi uşaqlar üçün keyfiyyətli təhsil və futbola çıxışı yaxşılaşdırmağı hədəfləyən FIFA-nın Qlobal Vətəndaş Təhsili Fondu üçün vəsait toplamaqdır.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək üç ölkənin birgə ev sahibliyi keçiriləcək DÇ-2026-nın final qarşılaşması ABŞ-dəki “MetLayf” stadionunda reallaşacaq.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:43