“Meksika xalqını sevdim” – İranlı futbolçu
“derbyderbyderby.it” xəbər verir ki, iranlı futbolçular qısa müddətdə meksikalı azarkeşlərin rəğbətini qazanıblar. Bildirilir ki, İran yığmasının artıq Meksikada çoxlu yeni və gözlənilməz tərəfdarları yaranıb.
İran millisinin futbolçusu Alireza Cahanbaxış meksikalıların göstərdiyi münasibətdən məmnunluğunu ifadə edib:
“Meksika xalqını sevdim. Bizi necə qarşıladıqlarına və bizə necə yanaşdıqlarına görə onlara böyük hörmətim var”.
İki xalq arasında yaxınlaşmanı sürətləndirən amillərdən biri də amerikalılara qarşı mövcud olan ortaq mənfi münasibətdir. Bu amilin İran millisinin Meksikada rəğbətlə qarşılanmasına təsir etdiyi vurğulanır.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:11



























