mobil versiya

Pakistanda polis məntəqəsinə terror hücumunda 9 polis şəhid olub






Bəlucistanın Ziarat rayonunda polis məntəqəsinə terror hücumunda iki məntəqə zabiti (SHO) da daxil olmaqla ən azı doqquz polis şəhid olub.

Bu barədə Pakistan yerli mediası xəbər verir.

Bəlucistan baş nazirinin media və siyasi məsələlər üzrə köməkçisi Şahid Rind təmizləmə əməliyyatının başa çatdığını və 15 terrorçusunun öldürüldüyünü bildirib.

Mənbələr silahlı şəxslərin gecə saatlarında polis məntəqəsinə hücum etdiyini bildirib. Polis bir müddət terrorçularla silahlı döyüş aparıb, lakin sonuncular sonda əraziyə girməyi bacarıb.

Polis rəsmiləri terrorçulara qarşı kəşfiyyat əsaslı əməliyyatların daha intensiv şəkildə davam edəcəyini və dövlətin qərarına meydan oxuyan elementlərin ədalət mühakiməsinə cəlb ediləcəyini bildirib:"Bəlucistanın sülhü, sabitliyi və xalqının qorunması ilə bağlı heç bir güzəştə getməyəcək".

Bu arada, ərazi əhalisi Kvetta-Ziyarat magistral yolunu bağlayaraq hadisəyə qarşı etiraz aksiyası keçirərək əsas Kvetta-Zob magistral yolunda nəqliyyatın hərəkətini dayandırdı.

Ötən ay naməlum silahlı şəxslər Qila Abdullah, Pişin və Duki rayonlarında polis müəssisələrinə hücum edərək bir polisi şəhid etmiş, iki nəfəri isə yaralamışdılar.

Aprel ayında Pişin rayonunun Huramzai ərazisindəki yoxlama məntəqəsinə edilən terror hücumunda polis rəisi şəhid oldu.

Pakistan Münaqişə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun (PICSS) məlumatları göstərir ki, bir neçə yüksək səviyyəli hücuma baxmayaraq, Pakistan iyun ayı ərzində dövlət əleyhinə ümumi zorakılıq və əlaqəli təhlükəsizlik hadisələrində azalma müşahidə edib.

İyun ayı üçün əyalətlər üzrə təhlil təqdim edən PICSS, Bəlucistanda terrorizmdə "əhəmiyyətli azalma" müşahidə etdiyini qeyd etdi.

Əyalətdə iyun ayında 49 hücum qeydə alınıb, may ayında isə bu rəqəm 71 olub ki, bu da 31% azalma deməkdir.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:20