mobil versiya

Konfrans Liqası: Bu gün “Qarabağ”ın potensial rəqibi məlum olacaq



Bu gün UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.
Avrokuboklarda mübarizəyə UEFA Avropa Liqasında start verən Qurban Qurbanovun baş məşqçi olduğu “köhlən atlar” 1-ci təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını iki oyunun nəticəsinə (3:0, 3:0) əsasən məğlub edib. 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p.-4:5)) nəticəsinə əsasən uduzan komanda yoluna UEFA Konfrans Liqasında davam edir.
Ağdam təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.
Hər iki turnirdə ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq. (Komanda.az)


Reportyor.az 

KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:25