“Çelsi” 60 milyon avroya qapıçı alır

“Mundo Deportivo” xəbər verir ki, London təmsilçisi portuqaliyalı qolkiperin müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Bildirilir ki, bu transfer gerçəkləşərsə, “Çelsi” üçün cari yay transfer pəncərəsinin son böyük alışlarından biri olacaq.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Koştanın bazar dəyəri 40 milyon avrodur. Sentyabrda 27 yaşı tamam olacaq qolkiper hazırda dünyanın ən bahalı üçüncü qapıçısı hesab olunur.
Koşta indiyədək “Portu”nun heyətində ümumilikdə 247 oyuna çıxıb. O, Portuqaliya millisinin formasını isə 48 dəfə geyinib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:17


























