Prezident onu səfir təyin etdi

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elnur İxtiyar oğlu Sultanov da Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb. Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. Prezident imzaladığı digər Sərəncamla Elnur Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva bu təyinata qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsulu təyin edilmişdi. O, tam olaraq 6 il İstanbulda baş konsul işlədi. 27 İyul 2026-cı il tarixində isə geri çağırılıb.
Qeyd edək ki, N.Mustafayeva keçmişdə jurnalist olub.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:14


























