mobil versiya

Taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək




Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.

Turnir sentyabrın 25-də baş tutacaq və bir gün davam edəcək.

Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarının taekvondoçuları mübarizə aparacaq.

Yarışda 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcək.

Gənc oğlanlar 48, 55, 63, 73 və +73 kiloqramlarda, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kiloqram dərəcələrində qüvvələrini sınayacaq.


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:51