mobil versiya

Lula BMT-də Trampa Braziliya seçkilərinə "qarışmamağı" deyəcəyini bildirib






Prezident Luiz İnasio Lula da Silva bəyan edib ki, gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı ABŞ Prezidenti Donald Trampa "Braziliya seçkilərinə qarışmamağı" söyləyəcək.

Solçu liderin Nyu-Yorkda keçiriləcək illik qlobal liderlik toplantısında çıxış etməsi nəzərdə tutulub. O, burada oktyabr seçkilərindəki rəqibi – sağçı namizəd Flavio Bolsonaronun müttəfiqi olan ABŞ-lı həmkarı ilə qarşılaşa bilər.

Paytaxt Brazilianın fəhlə sinfinin məskunlaşdığı Seylandiya (Ceilandia) məhəlləsində seçki kampaniyası çərçivəsində çıxış edən Lula deyib: "Mən Trampla söhbət etmək və ona 'Braziliyadakı seçkilərə qarışma' demək üçün BMT toplantısına gedirəm".

Braziliya Xarici İşlər Nazirliyinin rəsmisi Karlos Bikalho Kozendey çərşənbə günü bildirib ki, Lula və Tramp arasında "heç bir xüsusi ikitərəfli görüş" planlaşdırılmayıb, lakin onlar, ehtimal ki, keçən il olduğu kimi, Assambleyada "bir-biri ilə qarşılaşacaqlar".

ABŞ iyul ayında Braziliya məhsullarına qarşı iki yeni mərhələdə gömrük rüsumları tətbiq edib; Lula bunu iqtisadi təzyiq yolu ilə seçkilərə təsir etmək cəhdi kimi qiymətləndirərək pisləyib.

Tramp administrasiyası ilə gərginlik 2025-ci ildə, Vaşinqtonun keçmiş ifrat sağçı prezident və Trampın müttəfiqi Jair Bolsonaronun (Flavionun atası) dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunmasına cavab olaraq Braziliyaya qarşı ilk gömrük rüsumları dalğasını tətbiq etməsi ilə başlayıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:41