Cavid Qurbanovun vəzifəli qadın qohumu oğlanları ilə birgə HƏBS EDİLDİ – TƏCİLİ/FOTO
Cavid Qurbanovun ən yaxın adamı, “Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzova həbs edilib.
REPORTYOR.AZ GUNinfo.az-a istinadən bildirir ki, bu barədə jurnalist Mirismayıl Xələfli məlumat yayıb.
Jurnalistin iddiasına görə, həbs edilən sabiq bank sədri Samux rayon polis idarəsi tərəfindən həbs edilərək, Nəsimi rayon 19 -cu polis bölməsinə təhvil verilib.
Məlumatda oda bildirilib ki, Cavid Qurbanovun ən yaxın adamı Pərvanə Novruzova ilə yanaşı iki oğlu da saxlanılıb.
Xatırladaq ki, Pərvanə Novruzova dələduzluqda ittiham olunur.
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-04-2022, 04:02