mobil versiya

Kəmaləddin Heydərov generalı rəis təyin etdi - FOTO




övqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.

REPORTYOR.AZ “Unikal”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.



MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 24-08-2022, 16:46