mobil versiya

“HİZBULLAH”IN ABŞ VƏ AVROPADAKI “YATMIŞ ÖZƏKLƏRİ”: Tehran qərb yarımkürəsini necə qorxu altında saxlayır


İqor Subbotin
Nezavisimaya gazeta, 19.08.2019
 
Livanın “Hizbullah” hərbi-siyasi təşkilatının baş katibi Həsən Nəsrullahın son televiziya çıxışı şübhə yeri qoymur ki, ABŞ-ın İranla qarşıdurması halında şiə müqavimət cəbhəsi deyilən qurum Yaxın Şərqin xeyli hissəsini bürüyəcək. Və qruplaşmanın müəyyən qədər müstəqillyi haqda spekulyasiyalara baxmayaraq. Bununla yanaşı, Qərbdə şübhə çoxalır ki, Allah Partiyası yatmış özəklər vasitəsilə ABŞ-ı və Avropa ölkələrini terror hücumlarının hədəfi etmək istəyir.
“Hizbullah”ın Cənubi Amerikada varlığı bu qorxunu yalnız qızışdırır.
Həsən Nəsrullah öz çıxışında söz verib ki, İranın mövqeləri hücuma məruz qalarsa, “Hizbullah” tərəddüd etmədən ABŞ-a qarşı savaşa girəcək.
Güman etməyə əsas var ki, məsələ Yaxın Şərq ölkələrində münaqişə ilə bitməyəcək. ABŞ Ədliyyə Nazirliyi indiki anda Allah Partiyası tərəfdarlarının Amerika torpağındakı fəaliyyətini araşdırmağı davam etdirir. Və söhbət təkcə maliyyələşmədə deyil. ABŞ hökuməti şübhələnir ki, Livan qruplaşması Şimali Amerikada yatmış özəklərə malikdir. Belə qorxu ABŞ-da, işin materiallarının xəbər verdiyi kimi,   “Hizbullah”ın Nyu-York və Toronto aeroportlarının quruluşunu öyrənən, habelə hərbi və kəşfiyyat təyinatlı obyektləri izləyən əməliyyatçısı Əli Quraninin həbsinə səbəb olub.
“Allah Partiyası”nın başqa ölkələrin ərazisində hücum üçün özəl öyrədilmiş adamlardan geniş tanınan qrupu var – 910 deyilən bölmə. İsrailin “Haaretz” nəşri Quraninin Federal Təhqiqat Bürosu zabitlərilə söhbətinin məzmununu verib – şübhəli bilinən şəxs söhbətin gedişində Livan qruplaşmasının əməliyyatçıları sırasına aid olduğunu boynuna alıb.
Qurani sorğu vaxtı xüsusən deyib ki, 910 Bölməsi Nəsrullahın tabeliyindədir, amma, təbii, Tehrandan əmrlərin birnömrəli önəmi var. Öz etirafına görə, Qurani ABŞ-dakı yatmış özəyin üzvüdür. O deyib: “Özəyə mənsub olanlar tərəfindən fəaliyyət tələb edən müəyyən ssenarilər olacaq”.
Quraninin sözlərinə görə, “Hizbullah” tərəfdarlarının ABŞ-da fəallaşması Allah Partiyasının baş katibinə, ya da İran liderlərindən kiməsə qarşı birbaşa xüsusi əməliyyata cavab kimi baş verə bilər.
Lakin  Avropa ölkələrinin də öz təhlükəsizliklərinə görə qorxmağa əsası var. Britaniyanın “Daily Telegraph” nəşri iyulda krallıq kəşfiyyatındakı  qaynağa söykənməklə “Hizbullah”ın Avropada terakt riskləri haqda  məlumat verib. Qaynaq deyib: “İran “Hizbullah” döyüşçülərinin sayəsində münaqişə halında teraktlar həyata keçirmək imkanına malikdir və bu, daxili xarakterli təhlükədir”. İran ətrafında durumun kəskinləşməyinin Britaniya üçün hələlik heç bir əlavə effektə gətirməsə də,  əvvəllər əlamətlər olub  ki, “Hizbullah” krallıqda xüsusi əməliyyatlar keçirmək imkanına malikdir. Britaniya hüquq mühafizəçiləri hələ 2015-ci ildə Londonda “Hizbullah”a bağlı partladıcı maddələr aşkarlayıb. O cümlədən 3 t ammiak şorası tapılıb. Bu, güclü terakta bəs edərdi.
Ekspert mühitində hesab edirlər ki, “Hizbullah”ın Latın Amerikasında iştirakı diqqətə alınarsa, ABŞ üçün müəyyən təhlükə dərəcəsi, doğrudan da, var. ““Hizbullah”ın Cənubi Amerika qitəsindəki fəaliyyəti yaxşı bəllidir və təəssüf ki, bu təşkilatın fəaliyyət coğrafiyasını daim genişləndirmək cəhdiylə daim üzləşirik, – Qertsliyadakı Sahələrarası Mərkəzin eksperti, İsrail Knessetinin deputatı olmuş Kseniya Svetlova “NG”-yə deyib. – Bildiyim  qədər,  “Hizbullah” Cənubi Amerikanın xeyli ölkəsində, o cümlədən Amerika sərhədinin yaxınlığındakı Meksikada fəaliyyətdədir. Amma bu təşkilatın Birləşmiş Ştatlar ərazisindəki varlığı, ya da fəaliyyəti haqda heç nə deyə bilmərəm. Pul yumaq, ABŞ-ın yurisdiksiyasında olan fond və vəsaitlərdən faydalanmaq  cəhdləri olub”.
Ekspert qeyd edir – “Hizbullah”a bağlı narkokartellər bu qayda ilə ABŞ-da fəaliyyət göstərir. “”Hizbullah” dolayısı ilə Ştatlarda hətta öz adamları vasitəsilə işləməsə də, ABŞ ərazisində fəaliyyət göstərən narkokartellərin və başqa cinayətkar təşkilatların fəallığına dəxli var, –  Svetlova deyir. – Livan parlamentinin bu partiyadan deputatlarına qarşı yeni sanksiyalar qoyularkən ABŞ-da onların Birləşmiş Ştatlardakı bütün aktivlərini dondurmaq qərarı alınıb. Bu bildirir ki, onların Şimali Amerikanı narkotiklərin satış bazarına və digər cinayətkar fəaliyyət məkanına çevirməklə Cənubi Amerika ərazisində iş görən bu və ya başqa cinayətkar təşkilatlar arasında bağlayıcı bənd kimi çıxış etməkdən ötrü istifadə etdikləri aktivləri var, hansısa mülk və bank hesabları var”.
Qruplaşmanın varlığı Braziliya, Argentina və Paraqvay arasındakı üçbucaqda yaxşı görünür. Yerli hökumətlər “Allah Partiyası”nı kokain alveri və silah qaçaqmalçılığında şübhəli bilir. Həm də, onların dəyərləndirdiyinə görə, diplomatik immunitetə malik Livan vətəndaşlarının bu işdə əli ola bilər. ABŞ-ın Amerika Dövlətləri Təşkilatında keçmiş daimi təmsilçisi Rocer Noryeqa 2011-ci ildə Konqres qarşısında çıxış edərkən deyib ki, Latın Amerikasınnı, ən azı, 12 ölkəsində İranın “öz adamları” var.
“Allah partiyası”nın qərb yarımkürəsində iştitrakının sübutu kimi 1990-cı illərdə Argentinanı sarsıtmış teraktlar qismən yada salınır. Deməli, Livan qruplaşmasının döyüşçüləri 1992-ci ildə Buenos-Ayresdə İsrail dipmissiyasının yanında saxlanmış avtomiobili partladıbalr. 1994-cü ildə isə partladıcı qurğu Argentina Yəhudi Mədəniyyət Mərkəzinin binasında işə düşüb.
Tərcümə Strateq.az-ındır.

MANŞET / SİYASƏT / DÜNYA
Tarix: 20-08-2019, 16:23