mobil versiya

Lotu Qulini 4 güllə ilə öldürdülər: sui -qəsdçinin fotosu və adı bu yazıda




Musavat.com bu dəqiqələrdə bir xəbər alıb.

Kriminal aləmin lideri, Lotu Quli ləqəbli Nadir Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb. Bu məlumatı kriminal avtoritetin yaxınları da təsdiqləyiblər.

Təfsilat barədə məlumat çox azdər. Musavat.com-a məlum olan yalnız budur ki, tətiyi çəkən onun öz yaxınlığındakı adam, Xan ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Sui-qəsdçinin yaralanması barədə məlumatlar var. Həmin məlumatlarda iddia olunur ki, yaralanmasına baxmayraq, Xan hadisə yerindən qaça bilib.

Qeyd edək ki, bütün bunlar ilkin məlumatlardır. Ona görə də bəzi detalların yanlış olması mümkündür.

Əlavə bilgiləri bölüşəcəyik.


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 20-08-2020, 03:51