"Son 4 ayda 500-dən çox UNO hadisəsi qeydə alınıb" - ABŞ Milli Kəşfiyyatı
ABŞ-da 2022-ci ilin avqust ayından bəri naməlum uçan obyektlərin (UFO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.
ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir ki, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.
"Bu qeyri-səciyyəvi PUA-ların bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib və əlavə təhlil tələb edir", - hesabatda deyilir.
Sənəddən məlum olur ki, naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin operativ vəzifələrini yerinə yetirərkən şahidi olmuş pilot və operatorlarından gəlib.
Hesabat 2021-ci il üçün oxşar hesabatın yayımlanmasından bəri bildirilən hadisələrin sayında kəskin artımı göstərir. Bu, UFO-ların uçuş təhlükəsizliyinə və ya potensial düşmən üçün məlumat toplama platforması kimi yarada biləcəyi mümkün təhlükələrin daha yaxşı başa düşülməsi ilə bağlıdır.
Hesabatda deyilir ki, Pentaqon və kəşfiyyat "xarici dövlətin UFO fenomenlərində mümkün iştirakı ilə bağlı hər hansı sübutu araşdırmaqda davam edəcək".
MARAQLI / KARUSEL
Tarix: 13-01-2023, 10:21