mobil versiya

Günəş küləyinin sürətinin artacağı gözlənilir



Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur. İyunun 4-ü baş vermiş tac kütlə atılmalarının Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz edilir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Günəş küləyinin sürəti saniyədə 465 kilometrə kimi artıb. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artıb.
Geomaqnit sahə sakit-aktiv fazalarda olub. Hazırda isə geomaqnit sahə sakitdir.
Kosmik hava proqnozu günlərində (5-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M sinif 35 faiz, X sinif isə 10 faiz təşkil edir.
Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.
Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 5 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 6-7 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.



MARAQLI / KARUSEL
Tarix: 5-06-2023, 17:28