mobil versiya

Yapon döyüş sənət növü olan “Yabusame” barədə nə bilirik?



Qədim yapon döyüş sənət növü olan “Yabusame” barədə eşitmisiniz?

Yaponiyanın ölkəmizdəki səfirliyi "Yabusame" haqqında məlumat verib. 

“Yabusame”- orta əsrlərdə samuray döyüşçülərinin at belində oxatma sənəti növüdür. 

Orta əsrlərdə döyüşçülər üçün atı sürətlə çaparaq ox atmaq bacarığı ən vacib bacarıqlardan hesab olunurdu. 1187-ci ildə ilk dəfə məhz Kamakura Şoqunluğunda incəsənət növü kimi başlamış və o zamandan bəri davam edir. O zamanlar samuray döyüşçülər döyüşə hazırlaşmaq üçün bu cür təlimlərdən istifadə edirdilər. Bu, sadəcə döyüş təlimi deyil, ruhi, mənəvi və dini ritual olaraq da istifadə olunurdu. Bu ritual ilə sülh və çiçəklənmə arzulanırdı. 
Hal-hazırda Yabusame üzrə ən məşhur tədbirlərdən biri hər il sentyabr ayının 16-da Kamakurada məbəddə keçirilir. Adətə əsasən Yabusame zamanı oxçu sürətlə hərəkət edən at belində 3 xüsusi nişana xüsusi oxları atmış olur. 

Reportyor.az

MARAQLI / KARUSEL
Tarix: 13-09-2024, 13:07