mobil versiya

“815” Çağrı Mərkəzinə il ərzində 100 mindən çox zəng daxil olub




2024-cü il ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 107 472 zəng daxil olub. Müraciətlərdən 89 261 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 18 211 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 8 579 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 9 226 müraciət ilə bağlı məsələ həll edilib, 406 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.  
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi ( https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet ), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:49