mobil versiya

Uşaqların peyvənd olunmasına niyə erkən yaşda başlanılır?



Azyaşlı uşaqlar bəzi təhlükəli xəstəliklərə qarşı daha həssasdırlar. Bu, onların həmin xəstəlikləri ağır formada keçirmə riskini artırır. 

Reportyor.az TƏBİBƏ-ə istinadla xəbər verir ki, peyvəndləmənin vaxtında edilməməsi uşağın həssas olduğu dövrdə müdafiəsiz qalmasına səbəb olur.

Məsələn, Hib və pnevmokok infeksiyaları adətən 2 yaşdan kiçik uşaqlarda rast gəlinir və onların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Hepatit B, göyöskürək və bəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər də azyaşlı uşaqlarda daha ağır formada keçir. 
Erkən yaşlarda peyvənd olunmaq immun sistemini gücləndirərək digər təhlükəli xəstəlikləri aradan qaldırmaq və ya əhəmiyyətli dərəcədə azaltmaqla uşaqların təhlükəsizliyini təmin edir.
Buna görə də uşaqları doğulduğu gündən etibarən profilaktik peyvənd təqviminə uyğun olaraq peyvənd etdirmək vacibdir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 17:41