mobil versiya

“Haber Global”ın müxbiri: “Beynəlxalq təşkilatlar mina xəritələri ilə bağlı hərəkətə keçməlidir” - VİDEO



“Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan minlərlə günahsız mülki şəxsi qətlə yetirib”.

Bunu “Haber Global”ın müxbiri Həsən Uylaş bildirib.

O qeyd edib ki, Vətən müharibəsi dövründə də Ermənistan mülki şəxsləri hədəf aldı:

“Tərtərdə, Bərdədə bunun ların bir çox nümunələrinə şahid olduq. İndi müharibənin bitməsinə, Qarabağın azad olmasına rəğmən mülki şəxslər zərər çəkməyə davam edir. Çox təəssüf ki, nəticədə iki jurnalist dostumuz orada şəhid oldu”.

O bildirib ki, Sirac Abışovla Kəlbəcərdə tanış olub, şəhid olması xəbərinə çox məyus olublar.

Jurnalistin sözlərinə görə, Ağdam istiqamətində çəkiliş apararkən yolun hər iki tərəfində minaların basdırılmasının şahidi olublar. O vurğulayib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyindən, Azərbaycan minaların bastırldığı ərazilərdən məlumatsız olduğundan bu istiqamətdə əsas iş beynəlxalq təşkilatların üzərinə düşür:

“Ermənistan əraziyə mina basdırmağa davam edir. Buna görə də beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Minalanmış ərazilərin xəritəsi Azərbaycana təhvil verilməlidir. Yoxsa mülki itkilərin sayı artacaq”.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-06-2021, 11:49