mobil versiya

Qurban bayramı günlərində metro və avtobuslar işləyəcək




Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli qərarına əsasən, Qurban bayramı bu il iyulun 20-si və 21-də qeyd olunacaq.

REPORTYOR.AZ xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarına əsasən, 20 və 21 iyul ictimai nəqliyyat, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırıldığı günlər sırasına daxil deyil.

Odur ki, Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-06-2021, 18:00