Azərbaycanda əhalinin gəlirləri artıb - RƏSMİ
2021-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27580,7 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artıb.
REPORTYOR.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 2755,4 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24780,0 milyon manatlıq vəsait qalıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-07-2021, 11:00