mobil versiya

Bakının bu ərazisində metro tikintisinə başlanılacaq



Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır.

Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-01-2020, 14:00