Tünzalə Əliyeva: "Ərim saçımı qırxdı, qızım 3 gün depressiyaya düşdü" – VİDEO
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı aktrisa Tünzalə Əliyeva olub.
Xərçəng xəstəsi olan aktrisa çəkdiyi əziyyətlərdən danışıb:
“Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq.
Həkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü. “Ana saçın hanı, ata saçın hanı?” deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var.
Koronavirusla bağlı kimyaterapiya da ala bilmirəm. Bütün dünyada dayanıb. Əvəzində dərman qəbul edirəm. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım.
Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki, o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi. Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım”.
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-05-2020, 13:00