mobil versiya

Qaradağda dəfn olunan Şəhidlərin nəşi İkinci Fəxri Xiyabana köçürülür - problem həll olundu




Qaradağda, uyğunsuz yerdə dəfn olunan Şəhidlərin mübarək nəşi İkinci Fəxri Xiyabana köçürülür. Musavat.com -a bu barədə rəsmi mənbələrdən məlumat daxil olub.

Proses başlayın və bununla da haqsızlığa son qoyulub, Şəhid analarının günlərdir davam edən əzabları dindirilib.

Xatırladaq ki, günlərdir İkinci Qarabağ müharibəsində həlak olan 17  şəhidin valideynləri övladlarının Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edirdilər. Buna səbəb həmin ərazidə yerləşən məzarlığın əvvəllər bataqlıq olması və qəbirləri su basması idi.

Məmur etinasızlığı ucbatından baş verən bu məsələ az qala 44 günlük şərəfli tarixə kölgə salacaqdı.

Artıq problem həll olub və Şəhidlərimiz yeni sakınmış İkinci Fəxri Xiyabanda, öz qardaşlarının yanında uyuyacaqlar.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-01-2021, 21:46