mobil versiya

Bakıda dəhşətli qətl: Qayınata gəlinini balta ilə öldürdü



Bakıda qətl hadisəsi törədilib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ailəli olan C.Məhərrəmovanın 4 uşağı var.

MANŞET / KARUSEL / GÜNDƏM / SİYASƏT / HADİSƏ
Baxılıb: 201 Tarix: 24-09-2019, 09:38


Şərh bildir
yenilə, əgər kod görünmürsə