mobil versiya

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü




Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb. 

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb. 

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb. 

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

SON XƏBƏR / KARUSEL
Tarix: 23-05-2020, 15:18