mobil versiya

Rusiya neft hasilatına görə dünyada üçüncü yerə düşüb




Rusiya 2022-ci ilin iyul ayında neft hasilatına görə dünyada ikinci yerdən üçüncü yerə düşüb.

Bu barədə Rosstat məlumat yayıb.

Məlumata görə, birinci və ikinci yerləri müvafiq olaraq ABŞ və Səudiyyə Ərəbistanı tutub.

İyulda Rusiya Federasiyası neft hasilatını sutkada 10,715 milyon barrelə çatdırıb. Eyni dövrdə ABŞ sutkada 12,042 milyon, Səudiyyə Ərəbistanı isə 10,815 milyon barel neft hasil edib.

Mənbə: TASS(oxu.az)

İQTİSADİYYAT
Tarix: 22-09-2022, 14:45