Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlandı
Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb.
O, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir.
Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.
İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.
Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.
Yaxın günlərdə evə yazılması planlaşdırılır.
REPORTYOR.AZ
KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 7-10-2019, 11:07