İranda etirazçı xalqın gözü qarşısında edam edilib
İranda hökumət əleyhinə iğtişaşların daha bir iştirakçısı xalqın gözü qarşısında asılaraq edam edilib.
Azpost.info xəbər verir ki, Məcidrza Rəhnəvərd SEPAH-ın Bəsic Qüvvələrinin iki nümayəndəsini öldürməkdə təqsirli bilinib.
İSNA agentliyini məlumatına görə, noyabrın 26-da axşam saatlarında Məcidreza Raxnavard Məşhədin Xarameli küçəsində təhlükəsizlik əməkdaşlarına hücum edib. Əvvəlcə o, Hüseyn Zeynalzadəyə bir neçə dəfə bıçaq zərbəsi endirib, bundan sonra Daniyal Rzazadəni öldürüb.
Rəhnəvərdin daha dörd nəfəri yaraladığı bildirilir. Hadisə şahidlərindən birinin sözlərinə görə, hücum edən şəxs hadisə yerindən qaçmaq istəyərkən yoluna çıxanları bıçaqlayıb.
KARUSEL / DÜNYA
Tarix: 12-12-2022, 13:11