mobil versiya

Dekabrın 29-da İsrail hökumətinin andiçmə mərasimi keçiriləcək




“Likud” partiyasının lideri Binyamin Netanyahunun yaratdığı yeni İsrail hökuməti dekabrın 29-da Knessetdə (parlamentdə) and içəcək.
İsrailin “Kan” radiostansiyası xəbər verir ki, Knesset üzvlərinə andiçmə mərasiminin yerli vaxtla saat 11:00-a təyin olunduğu barədə məlumat verilib.
Dekabrın 22-nə keçən gecə B.Netanyahu İsrail Prezidenti İsxak Hersoqa hökumət koalisiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini rəsmən bildirib. Buna “Likud partiyası” ilə birlikdə Knessetdəki 120 yerdən 64-nə nəzarət edən dini və ifrat sağçı qruplarla həftələrdir davam edən çətin danışıqlardan sonra nail olunub.
KARUSEL / DÜNYA
Tarix: 26-12-2022, 16:08