mobil versiya

“Qarabağ”ın sabiq qapıçısı yeni transferə hazırlaşır


Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır.
İngiltərənin “Everton” klubunda çıxış edən futbolçu “Reyncers”in (Şotlandiya) maraq dairəsinə düşüb.
A.Beqoviç Liverpul təmsilçisində ehtiyat oyunçular skamyasında oturmaqla kifayətləndiyi üçün bu transferin tərəfdarıdır. Çünki Qlazqo təmsilçisi ona əsas heyətdə oynamaq təminatı verib.
Qeyd edək ki, qapıçı 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirib.
KARUSEL / İDMAN
Tarix: 2-01-2023, 11:52