mobil versiya

Bu marşrut avtobusunda nağdsız ödəniş tətbiq olunacaq



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
AYNA-dan bildirilib ki, fevralın 17-dən “20 Yanvar” metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-02-2024, 16:43