Rusiyadan Şimali Koreyaya çarter reysləri açılır
Rusiya və Şimali Koreya rusiyalı turistləri KXDR-ə göndərmək üçün hava nəqliyyatını bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə Rusiya Təbii sərvətlər naziri Aleksandr Kozlov bildirib.
“Mövzu müzakirə olundu. Rusiya və Şimali Koreya uçuşları bərpa etməyə hazırdır. Turist axını formalaşacaq və onlar üçün çarter reysləri açılacaq”, – Kozlov deyib.
Eyni zamanda, nazir qeyd edib ki, müntəzəm uçuşların bərpası barədə hələlik söhbət yoxdur və fevral və mart aylarında rusiyalı turistləri daşıyan üç çarter reysi sınaq xarakterli olub.
Rusiyadan olan ilk turist qrupu COVID-19 pandemiyasının yaratdığı dörd illik fasilədən sonra fevralın əvvəlində Şimali Koreyaya gedib. Ruslar Pxenyanda və Şimali Koreyanın Masikryong xizək kurortunda olublar. Qrupa 98 nəfər daxil idi.
KARUSEL / DÜNYA
Tarix: 29-03-2024, 17:59