mobil versiya

Putin Şimali Koreyaya səfər edəcək


Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.
Bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən bildirib.
Nəşrin yazdığına görə, Putinin Vyetnama səfəri iyunda və çox güman ki, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.
Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora qəzetə təsdiqləyib ki, Rusiya Prezidenti Pxenyana səfər edəcək və hazırda bu səfərə fəal hazırlıq gedir.(apa)


KARUSEL / DÜNYA
Tarix: 10-06-2024, 11:04