mobil versiya

Vopke Hoekstra COP29-un Prezident komandası ilə konstruktiv və çox məlumatlı görüş keçirib



İyunun 20-də Aİ-nin İqlim Dəyişikliyinə qarşı Mübarizə üzrə Komissarı Vopke Hoekstra 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində Azərbaycana səfər edib. 

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi xəbər yayıb. 

O, Bakıda ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayev, energetika naziri  Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib. Komissar Hoekstra vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Səfərin əsas məqsədi COP29-a sədrlik edən ölkə kimi Azərbaycanla COP29-a hazırlıq işlərini, onun prioritetləri və nəticələrini müzakirə etmək olub. Bunlar, digər məsələlərlə yanaşı, BƏƏ Konsensusunun, iqlim üçün mühüm tədbirlərin maliyyələşdirilməsi, Maddə 6 və beynəlxalq karbon bazarları, uyğunlaşma və şəffaflıq hesabatları (ölkələr bu il iki illik şəffaflıq hesabatlarını təqdim edəcəklər) ilə bağlı növbəti addımlar idi.

Komissar COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Prezident komandası ilə konstruktiv və çox məlumatlı görüş keçirdi. Onlar həmçinin Azərbaycanın iqlimlə bağlı öz hədəfləri istiqamətində işləri necə sürətləndirməyi planlaşdırdığını müzakirə ediblər.

Energetika naziri Pərviz Şahbazovla görüşdə Aİ-Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti və bərpa olunan enerji mənbələri, hidrogen, metan, onların saxlanması və şəbəkələrə dair COP29-un mümkün təşəbbüsləri müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə COP29-un prioritetləri, rəsmi danışıqlara paralel olaraq keçiriləcək Qlobal İqlim Fəaliyyət Proqramının planları, eləcə də COP üçün inklüzivliyin əhəmiyyəti müzakirə olunub. Onlar həmçinin insan hüquqları, vətəndaş cəmiyyəti və sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə Komissar qanunun aliliyi və insan hüquqlarının Aİ dəyərlərinin əsasında durduğunu və vətəndaş cəmiyyətinin əməkdaşlıq üçün mühüm tərəfdaş olduğunu qeyd edib. COP29 yaşıl iqtisadiyyata keçidlə bağlı danışıqlarda və debatlarda vətəndaş cəmiyyətinin iştirakı üçün şərait yaratmalıdır.

Bu missiya COP29-a doğru mühüm addım oldu, texniki və siyasi səviyyələrdə görüşlər isə növbəti həftələr və aylarda intensivləşəcək. Komissar göstərilən qonaqpərvərliyə görə minnətdar olub, 2024-cü ilin noyabrında COP29-da sazişin bağlanması üçün Avropa İttifaqı və Aİ-nın danışıqlar üzrə komandasının bütün səviyyələrdə konstruktiv fəaliyyət göstərəcəyini bir daha təsdiqlədi.
KARUSEL / SİYASƏT
Tarix: 21-06-2024, 11:40